Türkiyədə dağılan binalara görə 171 nəfər həbs edildi

turkiyede-dagilan-binalara-gore-171-nefer-hebs-edildi
Oxunma sayı: 1231

Türkiyədə baş verən zəlzələ nəticəsində dağılan binalarla bağlı araşdırmalar davam edir.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, araşdırmalar nəticəsində 171 nəfər həbs edilib.

Onlardan 78-i podratçı, 64-ü tikinti nəzarətçisi, 11-i isə bina sahibidir.