Türkiyədə daha bir nəfər AH1N1 (donuz qripi) virusundan vəfat edib.
“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Bingöl vilayətində 48 yaşlı M. K. adlı şəxs “donuz qripi”nə görə Qadın Doğum və Uşaq Xəstəlikləri Xəstəxanasına aparılıb. Orada reanimasiya şöbəsinə yerləşdirilən qadından götürülən qan analizi Ərzurum Xalq Sağlamlığı Laboratoriyasına göndərilib. Xəstəxanada 2 gün müalicə alan qadın analizin cavabı gəlmədən dünyasını dəyişib.
Laboratoriyadan verilən məlumata görə, qadında AH1N1 virusu aşkarlanıb.
Bununla da, Türkiyədə “donuz qripi”ndən ölənlərin sayı 6-ya yüksəlib.
Son xəbərlər
Son Xəbərlər