Türkiyədə daha 119 nəfər koronavirusdan öldü

turkiyede-daha-119-nefer-koronavirusdan-oldu
Oxunma sayı: 1108

Türkiyədə son sutka ərzində 119 nəfər koronavirusdan dünyasını dəyişib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb.

O, daha 4 611 nəfərdə Covid-19-un aşkarlandığını bildirib. 

Qeyd edək ki, indiyədək Türkiyədə 2 259 nəfər koronavirusun qurbanı olub. 95 591 yoluxma faktı qeydə alındığı ölkədə 14 918 nəfər sağalıb.