Türkiyədə daha 2 serial reytinq qurbanı oldu

turkiyede-daha-2-serial-reytinq-qurbani-oldu
Oxunma sayı: 6970

Türkiyədə iki serial gözlənilmədən final edir.

“Qafqazinfo” “Haberler.com”a istinadən xəbər verir ki, söhbət FOX TV-də yayımlanan “Elkızı” və Star TV-də yayımlanan “Annemizi saklarken” seriallarından gedir.

Buna səbəb ekran işlərinin yetərincə reytinq toplamaması olub.

“Elkızı” 13-cü, “Annemizi saklarken” isə sayca 8-ci bölümü ilə tamaşaçılarla vidalaşacaq.