Türkiyədə daha 34 nəfər koronavirusdan öldü

turkiyede-daha-34-nefer-koronavirusdan-oldu
Oxunma sayı: 1029

Türkiyədə son sutkada daha 34 nəfər koronavirusdan vəfat edib.

"Qafqazinfo" xəbər verir ki,  bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 4 431 nəfərə çatıb. Son sutkada Türkiyədə 1 035 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 159 797 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 286 nəfər olmaqla 122 793 nəfər təşkil edir.

Son sutka ərzində koronavirusla bağlı 21 043 test aparılıb.