Türkiyədə daha 5 minə yaxın insan koronavirusdan sağaldı

turkiyede-daha-5-mine-yaxin-insan-koronavirusdan-sagaldi
Oxunma sayı: 1378

Türkiyədə son sutka ərzində 1 670 nəfər koronavirusa yoluxub, 61 pasiyent vəfat edib.

“Qafqazinfo” bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitter hesabında məlumat verib.

Onun sözlərinə görə, bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 126 045-ə, ölənlərin sayı isə 3 397-ə yüksəlib.

Bundan əlavə, son sutka ərzində 4 892 pasiyent sağalıb.