Türkiyədə daha 68 nəfər koronavirusdan öldü

turkiyede-daha-68-nefer-koronavirusdan-oldu
Oxunma sayı: 1112

Türkiyədə son sutkada koronavirusdan 68 nəfər vəfat edib. 

"Qafqazinfo" xəbər verir ki, ötən 24 saat ərzində daha 13 378 nəfər COVID-19 infeksiyasına yoluxub. 

Gün ərzində sağalan xəstələr 15 516 olub. Hazırda 1 392 nəfər ağır xəstə olaraq qalır.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 879 390 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 701 076 nəfər sağalıb, 29 489 nəfər isə həyatını itirib.