Türkiyədə daha 69 nəfər koronavirusdan öldü

turkiyede-daha-69-nefer-koronavirusdan-oldu
Oxunma sayı: 2136

Türkiyədə son 24 saatda koronavirusdan 69 nəfər dünyasını dəyişib.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Onun sözlərinə görə, bir gündə 16 min 160 test edilib. Onlardan 2786-sı pozitiv çıxıb. Bununla da ümumi yoluxma 20 min 921 nəfərdə müşahidə olunub.

Ölənlər isə ümumilikdə 425 nəfərdir.