Türkiyədə daha bir ağır qəza, 30 yaralı - Foto

turkiyede-daha-bir-agir-qeza-30-yarali
Oxunma sayı: 1463

Türkiyənin Amasya vilayətində qar səbəbindən idarəetmədən çıxan sərnişin avtobusu maneələrə çırpılıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, hadisə Çorum-Amasya magistralında qeydə alınıb.

Nəticədə, 30 nəfər yaralanıb. Onlardan biri uşaqdır. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.