Türkiyədə daha bir avtobus qəzası - 6 nəfər öldü

turkiyede-daha-bir-avtobus-qezasi
Oxunma sayı: 2209

Türkiyədə daha bir avtobus qəzası baş verib.

"Qafqazinfo" xəbər verir ki, növbəti qəza İzmirin Kemalpaşa rayonunda qeydə alınıb.

Belə ki, içərisində türbə ziyarətindən dönən sərnişinlərin olduğu avtobus idarəetməni itirərək dərəyə aşıb. Qəza nəticəsində 6 nəfər ölüb, çox sayda sərnişin yaralanıb.

Qeyd edək ki, dünən gecə saatlarında Balıkəsirdə baş verən ağır yol qəzası nəticəsində 15 nəfər ölüb.