Türkiyədə daha bir güclü meşə yanğını - Fotolar

turkiyede-daha-bir-guclu-mese-yangini
Oxunma sayı: 1541

Türkiyənin Muğla vilayətinin Datça bölgəsində meşə yanğını başlayıb.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün 400 yanğınsöndürən personal, 7 təyyarə, 14 helikopter və digər texnikalar cəlb olunub. 

Yanğının hansı səbəbdən baş verməsi hələ ki məlum deyil. Alovlar küləyin təsiri ilə qısa müddət ərzində daha böyük əraziyə yayılıb. 

Yanğının hazırda yaşayış yerlərinə doğru irəlilədiyi bildirilir. 

Bununla yanaşı, yanğın ərazisinə yollanan yanğınsöndürən maşınlardan biri aşıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.