Türkiyənin şərqində, Muş şəhərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri 31,4 min insanın yaşadığı Bulanık rayonundan 33 km cənub-qərbdə, 60 kilometr dərinlikdə yerləşib.