Türkiyədə daha bir mina aşkar olundu - Yenilənib

turkiyede-daha-bir-mina-askar-olundu
Oxunma sayı: 1744

Türkiyənin İğneada bölgəsinin sahillərində mina aşkar olunub.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, mina səhər saatlarında Bolqarıstan sərhədinə yaxın ərazidə tapılıb.

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, sualtı müdafiə komandaları minanı zərərsizləşdirmək üçün əməliyyata başlayıb.

Xatırladaq ki, martın 26-sı İstanbul boğazında da mina aşkar olunaraq zərərsizləşdirilib.

***

Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi tviter hesabında paylaşım edərək minanın zərərsizləşdirildiyini açıqlayıb.