Türkiyədə daha bir nazir koronavirusa yoluxdu

turkiyede-daha-bir-nazir-koronavirusa-yoluxdu
Oxunma sayı: 1061

Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum koronavirusa yoluxub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik Tvitterdə paylaşım edərək məlumat verib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin milli müdafiə naziri Hulusi Akar da koronavirusa yoluxub. Nazirdən bir gün əvvəl isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla xanımı Əminə Ərdoğanın da COVİD-19-a yoluxduğu açıqlanmışdı.