Türkiyədə daha bir terror - 5 polis yaralandı

turkiyede-daha-bir-terror
Oxunma sayı: 1432

Şırnakın Cizre mahalında terror hadisəsi qeydə alınıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, PKK üzvləri yola yerləşdirdikləri patlayıcını işə salıb, 5 polis yaralanıb.

Polislə PKK üzvləri arasında qarşıdurma baş verib.

Təhlükəsizlik qüvvələri terrorçulara qarşı əl bombasından istifadə edib.

Qarşı tərəfdən ölən və yaralanın da olduğu qeyd edilib.