Türkiyədə daha bir terror hadisəsi qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, Bitlisin Tatvan mahalında PKK üzvləri polis avtomobilinə hücum edib. Tatvan-Ahlat yolunda polis maşını keçən zaman bomba işə düşüb, 3 nəfər yaralanıb.
Yaralılar Tatvan Dövlət Xəstəxanasına aparılıb. Hadisənin ardından böyük tıxac yaranıb.
Partlayışın baş verdiyi məkana təhlükəsizlik orqanları cəlb olunub.
Son xəbərlər
Son Xəbərlər