Türkiyənin Şanlıurfa şəhərinin Viranşəhər rayonunda hakim və prokuror korpuslarının yaxınlığında minalanmış avtomobil partladılıb.
“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 yaşlı uşaq ölüb, 15 nəfər xəsarət alıb.
Şanlıurfanın valisi Güngör Azim Tuna 18-20 yaşlı şəxsin Yenişehir məhəlləsində bomba yüklü avtomobil saxladığını bildirib.
Hadisə ilə bağlı prezident Rəcəb Tayyib Ərdoğan məlumatlandırılıb.
Partlayışın baş verdiyi əraziyə polislər və təcili tibbi yardım avtomobilləri cəlb olunub.
Son xəbərlər
Son Xəbərlər