Türkiyədə daha bir vilayətdə yanğın - Video

turkiyede-daha-bir-vilayetde-yangin
Oxunma sayı: 4544

Türkiyədə Hatay vilayətinin Kırıkhan rayonunda meşəlik ərazidə yanğın baş verib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, Alibeyçağıl məhəlləsindəki meşəlik ərazidən duman yüksəldiyi müşahidə edilib.

Əraziyə 10 suçiləyici maşın, beş su tankı, altı buldozer, iş maşınları və 100 yanğınsöndürən cəlb edilib.

Hazırda alovun nəzarətə alınması istiqamətində iş aparılır.