Türkiyədə daha bir zabit şəhid oldu

turkiyede-daha-bir-zabit-sehid-oldu
Oxunma sayı: 939

Türkiyə Silahlı Qüvvələrinin zabiti şəhid olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, leytenant Ömər Bağra Suriyanın şimalında terrorçulara qarşı keçirilən “Pəncə-Kilid” əməliyyatı bölgəsində şəhid olub.

Qeyd edək ki, bir neçə gün əvvəl “Pəncə-Kilid” əməliyyatı bölgəsində baş çavuş Reşat Ergin də şəhid olmuşdu.