Türkiyədə daha bir zəlzələ

turkiyede-daha-bir-zelzele
Oxunma sayı: 5915

Türkiyənin Adıyaman bölgəsində zəlzələ olub. 

"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) yayıb. 

Bildirilib ki, saat 06:13-də episentri Adıyamanın Gölbaşı hissəsində 5,3 bal gücündə zəlzələ olub.

Zəlzələ 8,13 kilometr dərinlikdə baş verib. Dağıntılar və itkilərlə bağlı hələlik məlumat verilməyib. 

Xatırladaq ki, ötən gün Türkiyənin Kahramanmaraş şəhərlərində səhər saatlarında 7,7 bal gücündə zəlzələ baş verib. Zəlzələ ölkənin bir çox bölgəsində hiss olunub. Günorta saatlarında şəhərdə yenidən 7,6 bal gücündə zəlzələ qeydə alınıb. Hazırda həlak olanların sayı 2 921, yaralananların sayı isə 15 834 nəfərə çatıb.