Türkiyədə daha bir zəlzələ oldu

turkiyede-daha-bir-zelzele-oldu
Oxunma sayı: 1927

Türkiyənin paytaxtı Ankarada 3.9 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Türkiyə Fövqəladə və Təbii Fəlakətlər İdarəsi (AFAD) məlumat yayıb.

Bildirilir ki, Ankaranın Akyurt əyalətində 3.9 maqnitudalı yeraltı təkandan sonra daha bir 3.3 bal gücündə zəlzələ qeydə alınıb.

Dağıntılar və xəsarət alanlar olmayıb.