Türkiyədə daha bir zəlzələ olub

turkiyede-daha-bir-zelzele-olub
Oxunma sayı: 697

Türkiyənin Manisa vilayətində 4.0 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Yeraltı təkanlar 23:14-də Kırkağaç bölgəsində, 13.4 km dərinlikdə qeydə alınıb.

Dağıntı və xəsarət alanlar barəsində məlumat yoxdur.

Qeyd edək ki, ötən axşam yerli vaxtla saat 19:55-də Muğla əyalətinin Bodrum şəhəri yaxınlığında 3,9 bal gücündə zəlzələ olub.