Türkiyədə də zəlzələ oldu - Yenilənib

turkiyede-de-zelzele-oldu
Oxunma sayı: 3813

Gürcüstanın cənubunda 4,1 maqnitudalı zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ölkənin Milli Seysmik Monitorinq Mərkəzi yayıb. 

Yeraltı təkanlar Dmanisi şəhərində qeydə alınıb.

Zəlzələnin episentri paytaxt Tbilisidən 49 kilometr məsafədə yerləşib. 

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

***

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, Türkiyənin mərkəzi hissəsində 5,7 maqnitudalı zəlzələ baş verib. 

Bildirilib ki, zəlzələnin episentri Kozan şəhərindən 20 kilometr şimal-şərqdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.