Türkiyədə dəhşətli qəza- - 13 ölü+Fotolar

turkiyede-dehsetli-qeza-
Oxunma sayı: 2486


“Qafqazinfo” posta.com-a istinadən xəbər verir ki, olay Şanlıurfa-Akçakala yolundakı TOKİ bağlantılı yolda baş verib. 

Yağışa səbəbi ilə sürüşkən olan yolda 55 SL 017  minik avtomobili, 73 DB 338 nömrəli beton qarışdıran maşın və 33 DGZ 31 nömrəli sərnişin avtobusu toqquşub. 

Faciəvi zəncirvari qəza zamanı 13 nəfər dünyasını dəyişib, 5 nəfər yaralanıb. Ölənlər sırasında Suriya vətəndaşları və uşaqların olduğu bildirilir.