Türkiyədə dəhşətli qəza:5 ölü, 21 yaralı - Video+Fotolar

turkiyede-dehsetli-qeza5-olu-21-yarali
Oxunma sayı: 2353

Türkiyənin Hatay şəhrində faciəvi yol qəzası baş verib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Hatay-Belen yolunda əyləci xarab olan yük maşını minik avtomobillərinə çırpılıb. Polis yoxlaması səbəbindən növbə gözləyən maşınları əzən yük maşını divara dəyərək dayana bilib. Qəza nəticəsində 5 nəfər ölüb, 21 nəfər yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıb.

Hadisə yerinə xilasedicilər göndərilib.