Türkiyədə dəhşətli terrorun qarşısı alındı

turkiyede-dehsetli-terrorun-qarsisi-alindi
Oxunma sayı: 3351

Türkiyə polisi ölkənin Şanlıurfa bölgəsində şəhər mərkəzinə doğru hərəkət edən yük maşınında 5,5 ton partlayıcı maddə aşkarlayıb.

“Qafqazinfo”nun Azərtac-a istinadən məlumatına görə, partlayıcı yük maşınındakı soğanın altında gizlədilibmiş.
Faktla bağlı iki nəfərin həbs olunduğu bildirilir.

Xatırladaq ki, son aylar PKK tərəfindən bir neçə dəfə partlayıcı yüklü maşın və ağır texnika vasitəsi ilə hərbi hissələrə və polis məntəqələrinə qarşı terror aktları həyata keçirilib.