Türkiyədə dənizdə boğulan Anarın bu gün 22 yaşı olacaqdı... - Fotolar

turkiyede-denizde-bogulan-anarin-bu-gun-22-yasi-olacaqdi
Oxunma sayı: 3656

“Heç vaxt düşünməzdim ki, onun ölümü belə olar. Çünki o, uzun müddət üzgüçülüklə məşğul olub. Üzməyi yaxşı bacarırdı”. 

Bu sözləri “Qafqazinfo”ya ötən gün Türkiyənin Zonquldak şəhərinin Ereğli rayonunda yük gəmisindən dənizə düşərək həyatını itirən Anar Orucovun dostu Əfqan Hüseynov deyib.

O, bildirib ki, bu gün Anarın ad günü idi. Xudat şəhərində doğulan Anarın 22 yaşı olacaqdı: “Biz uşaqlıqdan bir yerdə böyümüşük. Ən yaxın dostum idi. Axırıncı dəfə elə dünən axşam danışdıq. Mənim atamın ad günü idi və o da yazıb təbrik etdi. Üstündən iki saat keçəndən sonra da bu hadisə baş verib. Bu gün onun ölüm xəbərini alana qədər inanırdıq ki, yaşayır”.

Həmçinin oxuyun: Azərbaycanlı gəmiçi Türkiyədə dənizə düşdü

Əfqan Hüseynov bildirib ki, Anar gəmiçilik kursunu bitirib və bu ilin iyun ayında Türkiyəyə gedib: “İş tapmaqda bir az çətinlik çəkdi. İyulda iş tapdı. Bizə də dedi ki, yanvarın 1-i gələcək”. 

Qeyd edək ki, Anar Orucov gəmi kəndirinin ona dəyməsi nəticəsində suya yıxılıb. Bir müddət axtarışlar nəticə verməsə də, bu gün səhər saatlarında keçirilən axtarışlar zamanı A. Orucovun cansız bədəni aşkar olunub.

Lamiyə Məmmədova