Türkiyədə deputatın mandatı əlindən alındı

turkiyede-deputatin-mandati-elinden-alindi
Oxunma sayı: 728

Türkiyənin Konstitusiya məhkəməsi Xalqların Demokratik Partiyasından (HDP) olan millət vəkili Tuğba Hezer Öztürk haqqında qərar çıxarıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmədə bir müddətdir Almaniyada olan və parlamentə iclaslara da gəlməyən Tuğba Hezerin mandatının əlindən alınması qərara alınıb.

Alınan qərar Türkiyə Böyük Millət Məclisində deputatlar arasında da səsverməyə çıxarılacaq. Yekun qərar səsvermədən sonra elan ediləcək.