Türkiyədə deputatın oğlu faciəvi şəkildə öldü

turkiyede-deputatin-oglu-facievi-sekilde-oldu
Oxunma sayı: 2034

Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin müavini, millət vəkili Semih Yalçının oğlu Turan İlteber Yalçın qaladan yıxılaraq dünyasını dəyişib.

“Qafqazinfo”nun “CNNturk”ə istinadən verdiyi xəbərə görə, hadisə ötən gecə saat 02:00 radələrində Türkiyə bayrağının olduğu Ankara qalasında baş verib. 

Deputat oğlunun yanında daha bir nəfər olub. T. Yalçın hadisə yerindəcə vəfat edib. Digər şəxs isə ağır yaralı olaraq xəstəxanaya yerləşdirilib.

Araşdırmalar zamanı hər iki gəncin 70 m yüksəklidən yerə yıxıldıqları məlum olub.

Faktla bağlı araşdırma aparılır.