Türkiyədə dilənçinin üzərindən külli miqdarda pul çıxdı

turkiyede-dilencinin-uzerinden-kulli-miqdarda-pul-cixdi
Oxunma sayı: 3975

Türkiyənin Yalova şəhərində vətəndaşlardan pul istəyən dilənçi saxlanılıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, polis şöbəsinə aparılan dilənçinin üzərindən külli miqdarda pul aşkar edilib.

Dilənçidən çıxan pulu sayan polis qrupları məbləğin 12 min 40 lirə olduğunu təyin edib.

Barəsində protokol tərtib edilən S.G.-ya qarşı inzibati cərimə tətbiq edilib.