Türkiyədə dincələn Rusiya vətəndaşı faciəvi şəkildə öldü

turkiyede-dincelen-rusiya-vetendasi-facievi-sekilde-oldu
Oxunma sayı: 1469

Rusiya vətəndaşı Türkiyənin cənubunda istirahət zamanı həlak olub.

“Qafqazinfo” “TASS” agentliyinə istinadən xəbər verir ki, hadisə Alanya bölgəsində qeydə alınıb.

Bildirilir ki, oktyabrın 17-si 1982-ci il təvəllüdlü Rusiya vətəndaşı gecə saatlarında fırtınalı havada dənizdə üzərkən itkin düşüb.

Türkiyənin hüquq-mühafizə orqanlarının həyata keçirdiyi axtarış tədbirləri nəticəsində sözügedən şəxsin cəsədi oktyabrın 19-u açıq dənizdə aşkar olunub. 

Qeyd olunur ki, yerli prokurorluq baş vermiş hadisə ilə bağlı Rusiya tərəfini rəsmi şəkildə məlumatlandırıb. Hazırda hadisənin detalları araşdırılır.