Türkiyədə dövlət binasında qaz sızıntısı - 54 nəfər zəhərləndi

turkiyede-dovlet-binasinda-qaz-sizintisi
Oxunma sayı: 719

Türkiyədə Balıkesir Ədliyyəsində qaz sızıntısı baş verib.

“Qafqazinfo” “Dunyabulteni.net”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 54 nəfər zəhərlənib.

Əraziyə çoxlu sayda təcili yardım briqadası cəlb edilib və zəhərlənənlər yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Hadisə ilə bağlı ədliyyə naziri Əbdülhəmid Gülün açıqlamasına görə, zəhərlənmə binadakı yanğınsöndürmə balonlarındakı sızıntı səbəbindən olub.

Faktla bağlı araşdırma aparılır.