Türkiyədə eks-deputatın oğlu yanan maşında can verdi - Foto

turkiyede-eks-deputatin-oglu-yanan-masinda-can-verdi
Oxunma sayı: 2090

Dünən Türkiyənin keçmiş millət vəkili Müjdat Koçun oğlu Melih Koç faciəvi şəkildə dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, o, Ordunun Fatsa mahalında zəncirvari qəzaya düşüb. Dörd avtomobilin toqquşduğu insident zamanı iki maşın alovlanmağa başlayıb.

Qəzada yanaraq həyatını itirən şəxsin Melih Koç olduğu məlum olub.