Türkiyədə eks-nazirin qızı hoteldə intihar etdi

turkiyede-eks-nazirin-qizi-hotelde-intihar-etdi
Oxunma sayı: 1121

Türkiyənin keçmiş sənaye və ticarət naziri Ayhan Çilingiroğlunun qızı Ümit Makbule Çilingiroğlu özünü qaldığı 5 ulduzlu hotelin 19-cu mərtəbəsindən atıb.

“Qafqazinfo” Habertürk-ə istinadən xəbər verir ki, hadisə İstanbulun Beşiktaş Etilər səmtində baş verib.

51 yaşlı qadın səhər saatlarında intihar edib.

İntiharın səbəbləri araşdırılır.

Qeyd edək ki, Ayhan Çilingiroğlu 1971-ci ildə Türkiyənin ilk sənaye və ticarət naziri olub. Lakin onun fəaliyyəti cəmi 9 ay davam edib.