Türkiyədə əməliyyat - 73 terrorçu saxlanıldı

turkiyede-emeliyyat
Oxunma sayı: 2397

Türkiyənin 16 vilayətində Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı əməliyyat keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında paylaşım edib.

Nazir bildirib ki, 4 gün ərzində həyata keçirilən “KISKAÇ-23” adlı əməliyyatlar nəticəsində 73 nəfər saxlanılıb.

“Millətimizin duası və dəstəyi ilə terror təşkilatları və onlarla əlbir olanlara qarşı əməliyyatlarımız qətiyyətlə davam edəcək”, - paylaşımda vurğulanıb.