Türkiyədə əməliyyat - 8 terrorçu öldürüldü

turkiyede-emeliyyat
Oxunma sayı: 790

Türkiyənin Şırnak bölgəsində PKK terrorçularına qarşı əməliyyat keçirilib.

“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir ki, hücum pilotsuz uçan aparatlarla (PUA) baş tutub.

İki ayrı yerdə baş tutan əməliyyat nəticəsində 8 terrorçu zərərsizləşdirilib.

Hazırda bölgədə axtarış tədbirləri davam etdirilir.