Türkiyədə ən hündür körpünün açılışı oldu

turkiyede-en-hundur-korpunun-acilisi-oldu
Oxunma sayı: 5592

Türkiyədə yeni inşa olunan Beğendik körpüsünün açılışı olub.

"Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videoformatla körpünün açılışına qatılıb.

Qeyd edək ki, uzunluğu 450, eni 14 metr olan körpü Vanla Siirt-Pervari arasındakı 5 saatlıq qətetməni 2 saata endirir. Beğendik körpüsünün salınması 1974-cü ildən nəzərdə tutulsa da, ötən dövrdə bir sıra səbəblərdən bu mümkün olmayıb. Tikintiyə mane olan ən mühüm səbəb isə terror təşkilatlarının buna imkan verməməsi idi. Körpü 165 metr hündürlükdə tikilib.