Türkiyədə ənənəvi təhsil bərpa olunur

turkiyede-enenevi-tehsil-berpa-olunur
Oxunma sayı: 1984

Türkiyədə ənənəvi təhsil sisteminə keçilməsi barədə qərar verilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Təhsil Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, ibtidai, 8-ci və 12-ci sinif şagirdləri martın 1-dən etibarən məktəbə gedə biləcəklər.

Sözügedən tarixdən etibarən həftənin 2 günü 12 dərs ənənəvi formada keçiriləcək. Digərlərində isə distant təhsil tətbiq olunacaq.

Bir dərs 30 dəqiqə, fasilə isə 10 dəqiqə olacaq.