Türkiyədə erməni təcavüzünə həsr olunmuş “Müharibə Cinayətləri” sərgisi açıldı - Fotolar

turkiyede-ermeni-tecavuzune-hesr-olunmus-muharibe-cinayetleri-sergisi-acildi
Oxunma sayı: 1415

Türkiyə Böyük Millət Məclisində Ermənistanın Azərbaycana qarşı hücumlarına həsr olunmuş “Müharibə Cinayətləri” fotosərgisi açılıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı TBMM-in tvitter hesabında məlumat paylaşılıb.

Bildirilib ki, TBMM sədri Mustafa Şəntop sərginin açılışın edib və onu gəzib.

Qeyd edək ki, sərginin təşkili 1915-ci il hadisələri ilə bağlı Türkiyəyə qarşı həyata keçirilən haqsız ittiham və iddialara qarşı ermənilərin Qarabağ müharibəsində törətdiyi savaş cinayətlərinin, insan haqq və hüquqlarının pozulması aspektindən siyasi, hüquqi və elmi baxışdan dünyaya çatdırılması yolunda mühüm əhəmiyyətli cavab məqsədi daşıyır.