Türkiyədə əsgər zəhərlənməsinə görə saxlananlar var

turkiyede-esger-zeherlenmesine-gore-saxlananlar-var
Oxunma sayı: 820

Ötən həftə Türkiyənin Manisa şəhərindəki hərbi hissədə 700-dən çox əsgərin zəhərlənməsinə görə araşdırmalar davam edir.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisədən sonra hərbi hissəni yeməklə təmin edən şirkətin 24 işçisi saxlanılmışdı.

Onların istintaqı davam edərkən növbəti əməliyyat keçirilib. Polis şirkətin daha 16 işçisini də bölməyə aparıb.

Beləliklə, saxlanılanların sayı 40-a çatıb.

Qeyd edək ki, zəhərlənən əsgərlərin vəziyyətinin normal olduğu və xəstəxanadan buraxıldıqları bildirilib.