Türkiyədə əyani tədrisin başlayacağı tarix açıqlandı

turkiyede-eyani-tedrisin-baslayacagi-tarix-aciqlandi
Oxunma sayı: 3480

Türkiyədə pandemiya səbəbindən bağlanan məktəblərdə yenidən əyani tədrisin bərpasının vaxtı açıqlanıb.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, məsələ barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində açıqlama verib.

O bildirib ki, kənd məktəblərində əyani tədris fevralın 15-də başlayır:

“Fevralın 15-də kənd məktəblərinin açılmasını qərarlaşdırdıq. Fövqəladə bir artım müşahidə edilərsə, təhsilə yenidən fasilə veriləcək. Xüsusən qeyd edim ki, 8 və 12-ci siniflərlə ibtidai məktəb və özəl məktəblərdə tədris martın 1-dən etibarən başlayacaq.

Yoluxma sayının azalmasına görə sahibkarlar üçün tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması məqsədilə lazımi təqvim hazırlanır”.