Türkiyədə əyani təhsilin bərpası 1 günlük təxirə salındı

turkiyede-eyani-tehsilin-berpasi-1-gunluk-texire-salindi
Oxunma sayı: 1648

Türkiyə məktəblərində əyani təhsilin bərpası bu günə planlaşdırılsa da, bölgələrdəki epidemioloji vəziyyətlə əlaqədar olaraq məktəblərin açılışı martın 2-nə təxirə salınıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin təhsil naziri Ziya Səlçuk açıqlama verib.

“Məktəblərin açılış təqvimindəki 1 günlük gecikmə üçün bütün vətəndaşlarımızdan üzr istəyirəm. Son bir neçə gündə bəzi bölgələrdə müşahidə olunan yoluxma artımı yenidən qiymətləndirmə zərurəti yaradıb. Sağlamlıq prioritetimizdir. Səbriniz və anlayışınız üçün təşəkkür edirik”,- deyə Ziya Səlçuk qeyd edib.