Türkiyənin Kocaeli şəhərinin Çayırova rayonunda tekstil fabriki yanıb.
“Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, 4 mərtəbəli binanın anbarında çıxan yanğında 5 nəfər ölüb. Hadisə yerində xeyli sayda xilasedici və yanğınsöndürən işləyir.
İnsident zamanı fabrikdə 30 nəfərin olduğu bildirilir. Daha 5 nəfər isə xəstəxanaya yerləşdirilib. Səhər saatlarında çıxan yanğın 4,5 saatlıq cəhddən sonra söndürülüb.
Son xəbərlər
Son Xəbərlər