Türkiyənin Manisa şəhərində Muradiye Organize sənaye bölgəsində plastik park oyuncaqları istehsal edən fabrikdə güclü yanğın baş verib.
“Qafqazinfo”nun “hurriyet”ə istinadən verdiyi xəbərə görə, hadisə Türkiyə vaxtı ilə saat 12 radələrində olub.
Əraziyə çoxlu yanğınsöndürən avtomobillər, təcili tibbi yardım avtomobilləri və polislər cəlb edilib.
Tüstüdən zəhərlənən bir nəfər xəstəxanaya yerləşdirilib.
Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.



Son xəbərlər
Son Xəbərlər