Türkiyədə fahişəlik edən 2 azərbaycanlı qadın saxlanıldı - Deportasiya ediləcəklər

turkiyede-fahiselik-eden-2-azerbaycanli-qadin-saxlanildi
Oxunma sayı: 2079

Türkiyənin Aydın vilayətinin Quşadası qəsəbəsində polislər fahişəliyə qarşı əməliyyat keçiriblər.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cümə bazarı adlanan səmtdə bir mehmanxanaya edilən basqında iki qadın “iş başında” yaxalanıb.

Azərbaycanlı olduğu bildirilən qadınlarla yanaşı mehmanxana sahibi A.B və işçisi A.A saxlanılıblar.

Xəstəxanaya aparılan qadınlar tibbi müayinədən keçirildikdən sonra miqrasiya idarəsinə təhvil veriliblər. Onlar ölkədən deportasiya ediləcəklər.

Faktla bağlı araşdırma aparılır.