Yanvarın 24-də 79 yaşında vəfat edən türkiyəli aktrisa Fatma Giriklə vida mərasimi olub.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərasim Şişli Bələdiyyəsində təşkil olunub.
Mərhumun cənazəsi üç il əvvəlki vəsiyyətinə uyğun olaraq həyat yoldaşının məzarının yanında torpağa tapşırılması üçün Bodruma göndərilib.
Qeyd edək ki, F.Girik COVID-19-la bağlı inkişaf edən orqan çatışmazlığından vəfat edib. Onunla vida mərasimi İstanbulda davam edən qeyri-sabit hava şəraiti səbəbindən təxirə salınmışdı.
Həmçinin oxuyun: Fatma Girikin vəsiyyəti açıqlandı
Son xəbərlər
Son Xəbərlər