Türkiyədə FETÖ-çüləri daşıyan qayıq aşdı - 5 nəfər öldü, 2 nəfər itkin düşdü

turkiyede-feto-culeri-dasiyan-qayiq-asdi
Oxunma sayı: 1921

Türkiyənin Balıkesir vilayətinin Ayvalık rayonu ərazisindən qaçaq yolla Yunanıstanın Midilli adasına doğru hərəkət edən, içərisində FETÖ terror təşkilatı mənsublarının olduğu ehtimal edilən qayıq batıb.

“Qafqazinfo”nun “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə,qayıqda ümumilikdə 16 nəfər olub. Hadisə nəticəsində 3-ü körpə olmaqla 5 nəfər ölüb, 2 nəfər itkin düşüb, 9 nəfər isə xilas edilib.