Türkiyə hökuməti fövqəladə vəziyyət rejimini daha üç aylıq uzatmaq barədə qərarı təsdiqlənmək üçün parlamentə göndərəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bildirib.
“Milli Təhlükəsizlik Şurasının daha üç aylıq fövqəladə vəziyyət rejimi müddətinin uzadılması haqqında tövsiyəsi var. Biz bu qərarı qəbul etmişik. O çərşənbə günü təsdiq edilməsi üçün parlamentə göndəriləcək”, -deyə Ankarada jurnalistlərə açıqlamasında vurğulayıb.
Qeyd edək ki, ötən ilin iyulunda Türkiyədə çevriliş cəhdindən sonra fövqəladə vəziyyət rejimi tətbiq edilib. Daha sonra iki dəfə üç ayda uzadılıb.
Son xəbərlər
Son Xəbərlər