Türkiyədə 19 yanvarda bitəcək fövqəladə vəziyyət rejimini növbəti dəfə uzadılacaq.
“Qafqazinfo” Anadou agentliyinə istinadən xəbər verir ki, bu barədə Baş nazirin müavini, hökumət sözçüsü Bəkir Bozdağ jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Milli Təhlükəsizlik Şurasının iclasında tövsiyə qərarı alınacaq. Qərar daha sonra Nazirlər Kabinetinə göndəriləcək. Əgər burdan keçərsə parlamentdə müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra 20 iyulda üç ay müddətinə tətbiq edilib. Lakin bu müddət sonradan bir neçə dəfə uzadılıb. Sonuncu dəfə bu müddət 19 oktyabrda artırılmışdı.
![]()
Son xəbərlər
Son Xəbərlər