Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 24-də keçiriləcək prezident və parlament seçkilərindən sonra ölkədə fövqəladə vəziyyət rejiminin ləğv edilə biləcəyini deyib.
"Qafqazinfo" Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan "Yeni hökumət kabineti qurulduqdan sonra fövqəladə vəziyyət rejiminin ləğvi məsələsinin müzakirəsi gözlənilir", - deyə çıxışında bildirib.
Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət rejimi 2016-cı ildə Fətullah Gülən tərəfdarlarının dövlət çevrilişinə cəhdindən sonra elan edilib.
Son xəbərlər
Son Xəbərlər